Azərbaycan Milli Elmlər Akademiyasında təlimlər uğurla başa çatıb ŞƏRH

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Vikipediya"ya cəlb olunan növbəti qrup təlimləri uğurla başa vurub. "Qorqud" Vikipediya Metodik Klubunun, eləcə də YAP Yasamal rayon təşkilatının tərəfdaşlığı ilə Mərkəzi Elmi Kitabxanada həyata keçirilən təlimlərə bu dəfə Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-İnformasiya fakültələrinin tələbələri qoşulub. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, "Qorqud" Vikipediya Metodik Klubunun sədri, millət vəkili Elnur Allahverdiyev, (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, (AMEA) Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova, Mərkəzi Elmi Kitabxananın əməkdaşları, Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-İnformasiya fakültələrinin tələbələri iştirak ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, "Qorqud" Vikipediya Metodik Klubunun sədri, millət vəkili Elnur Allahverdiyev, (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, (AMEA) Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova çıxışları zamanı bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi vikipediyanın mövqeyinin daha da möhkəmləndiyini qeyd ediblər. Çıxışçılar bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirməyin vacib bir məsələ olduğunu da bildiriblər və tələbələrə bu çətin, lakin şərəfli yolda uğurlar arzulayıb. Qeyd edək ki, cari ilin aprel ayından başlayan təlimlərdə iştirakçılar virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə edilməsi, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər əldə ediblər. Layihə müddətində 100-ə yaxın məqalə yaradılıb və redaktə olunub.Sözügedən təlimləri uğurla başa vuran tələbələrə, həmçinin MEK-in Elektron resurslar şöbəsinin bir qrup əməkdaşına diplomların və sertifikatların təqdim olunması mərasimi keçirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə