YAP Sabunçu rayon təşkilatının yeni ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib FOTOLAR

29 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi ünvanında yerləşən yeni ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov tədbir iştirakçılarını salamlayaraq, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, geniş və ətraflı danışıb. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi rol oynayır. Yeni Azərbaycan Partiyası günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirir ki, bu da, partiyamızın günü – gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir.Təsis yığıncağında Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov, Maştağa ərazi partiya təşkilatının sədr müavini Günel Əliyeva çıxış edərək bildirdilər ki, bu gün bu tədbirdə iştirak edən şəxslər uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüdürlər və onlar Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi ünvanında yeni ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı YAP Sabunçu rayon təşkilatınıın sədrinə müraciət etmişlər. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri də bu müraciətə öz müsbət münasibətini bildirərək, adı çəkilən ünvanda yeni ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar vermişdir. Odur ki, bizim müraciətimizə müsbət münasibət bildirildiyinə görə öz minətdarlığımızı bildiririk və bundan sonra da partiya sıralarında yüksək fəallıq göstərəcəyik.Təsis yığıncağında təşkilati məsələyə də baxıldı, Orxan Cəfərov ərazi partiya təşkilatının sədri, Zamin Əliyev isə sədr müavini seçiliblər. Təsis yığıncağının sonunda YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov yeni seçilən sədr və müavini təbrik edərək, onlara lazımi tapşırıq və tövsiyələrini verdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə