Kim günahkardır - Qarabağ klanı, yoxsa Sorosun uşaqları? - ANALİZ
27 sentyabr 2020-ci il, ondan da bir az əvvələ - "Tovuz hadisələri"nə və bir az da qabağa getsək Aprel döyüşlərindən əvvəl Ermənistanla Azərbaycanın 30 ildən artıq mübarizə meydanına çevirdikləri Qarabağda nə baş verirdi? Bu müharibəni kim başlamışdı? Azərbaycan dünyada təklənsə də meydanlarda - həm döyüşlərdə, həm də düşmənlə aparılan danışıqlarda faktlara söykənərək işğalçıların iç üzünü açsa da, münaqişəni həll etmək missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun hər kvartalda regiona turist səfərləri təşkil edən həmsədrlərinə bütün hallarda haqlı tərəf olduğumuzu başa salsaq da Ermənistanın təcavüzkar siyasətinə "dur" deyən tapılmırdı. Son zamanlar isə adıçəkilən beynəlxal qurum bütün norma və prinsiplərin əksinə çıxaraq Ermənistanla - işğalçı dövlətlə İşğal olunan, əraziləri itirilən Azərbaycanı tərəzinin eyni gözünə qoyur, separatçıların maraqlarından çıxış edirdilər.
Gələk, yuxarıdakı "müharibəni kim başlamışdı" sualına. Koçaryan öz prezidentliyi dövründə Moskvada keçirdiyi mətbuat konfransı zamanı bu sualı belə izah etmişdi ki, müharibəni Azərbaycan başladıb və məqsəd də erməniləri Qarabağdan qovub çıxarmaq olub. Amma onun üzündəki ifadələrdən də oxumaq olardı ki, başdan-ayağa yalan danışır. Qarabağı ələ keçirmək, işğal etmək, burada qondarma dövlət qurmaq ermənilərin 200 illik planlarının tərkib hissəsi olub. Yalnız müharibəni başlatmaq üçün şərait birinci dəfə çar Rusiyası dağılanda, ikinci dəfə isə SSRİ parçalananda yetişmişdi. Birinci dəfə, yəni ötən əsrin əvvəlində havadarlarının əli ilə Ermənistan adlı dövlət yaratdılar, ikinci dəfə, yəni SSRİ parçalananda isə ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək istədilər. Amma unutdular ki, nə şərait ötən əsrin əvvəllərindəki kimidir, nə də Azərbaycan həminki Azərbaycandır.
Ermənistan və dünya erməniləri Azərbaycan torpaqlarını işğal etdikləri ilə daim qürrələnir, özlərini haqlı sayırdılar. 100 il əvvəl Ocmanlı dönəmində guya 1 milyondan çox ermənini "soyqırımı"na məruz qoyduqlarına görə Türkiyəni ittihan edən və buna görə böyük miqdarda təzminat tələb edən Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiklərini də danmırdılar. Hətta Ermənistanın 3-cü prezidenti, Qarabağ klanının rəhbərlərindən biri Sarkisyan: "Azərbaycanlılar Xocalıdan sonra bizim ciddi olduğumuzu anladılar" ifadəsini işlətmişdi. Bu etirafdan sonra da dünya Xocalıda törədilən soyqırımını tanımaqda yenə də çətinlik çəkirdi, yaxud buna meylli deyildi. Xristianların belə bir qətliam törədəcək qədər qəddar olduqlarını gizlətmək əsas məqsəd idi. Amma cidanı çuvalda gizlətməyin qeyri-mümkün olduğunu Qərb dünyası da bilməmiş deyildi...
Bu gün Ermənistanda it izi, at izinə qarışıb. Ermənilərin dişi bu dəfə daşa dəyib. Azərbaycanla növbəti müharibə cəhdi onların ağır məğlubiyyəti ilə sonuclanıb. Ermənistanın rəhbərliyi öz ərazilərini də itirməmək üçün Azərbaycanla kapitulyasiya sənədi imzalamağa məcbur olub. Qələbə qazanmasına baxmayaraq bölgədə dayanıqlı sülhün tərəfdarı kimi çıxış edən Azərbaycan bu dəfə də Ermənistana sülh müqaviləsini imzlalamaq kimi tarixi fürsət yaradıb. Amma bu ölkədə baş verənlər bir daha sübut edir ki, hələ də ermənilərin bir qismi, xüsusən də II Qarabağ müharibəsinə qədər Ermənistan büdcəsini və dünya ölkələrində keçirdikləri "marafonlar" zamanı Qarabağ erməniləri üçün diləndikləri milyonları talayan, mənimsəyən koçaryanlar, sarkisyanlar, balayanlar, babayanlar reallıqla barışmaq istəmirlər. Məqsəd də bəllidir, onlar törətdikləri cinayət əməllərinə görə gec-tez cavab verəcəklərini anladıqları üçün barış istəmirlər, Paşinyandan qurtulmaq istəyirlər.
Bu gün ermənilər Ermənistanın həm əvvəlki, həm də indiki hakimiyyətin yarıtmaz siyasətindən gileylidirlər. Bu ölkənin aparıcı qəzetlərinin yazdıqlarına diqqət etsək, Ermənistanın daxili siyasi mənzərəsinin hansı rəngdə olduğunu çox asanlıqla müəyyən edə bilərik:
Bu gün hamımızın düşünməli və özümüzə bir sadə suala vicdanla cavab verməli olduğumuz gündür - Ermənistan niyə indi belə dəhşətli vəziyyətdədir? Xeyr, Qarabağ klanının idarə etdiyi onillikləri demirik. Burada hər şey aydındır - bu illəri cəmiyyətin dəyişməyə can atmasının aktiv əlamətlərinin görünmədiyi dövr hesab etmək olar. Robert Koçaryan və Serj Sarkisyan törətdiklərinin cəzasını niyə almadılar, onlar niyə bağışlandı? Çünki Qarabağ bizdə idi. Üstəlik, Sarkisyanın gedəcəyi və səlahiyyət müddətini süni şəkildə uzatmayacağına qəti inam var idi. Amma onun yenidən hakimiyyətdə qalmağa çalışması, onun həyatının ən böyük səhvi idi. İnsanlar özünü aldanmış hesab edib, hərəkətə başladı. Ölkənin o vaxtkı hakimiyyəti üçün bu yaşananlar bir şok idi. Onlar əmin idilər ki, Qarabağa nəzarət etdikləri üçün onlara "gözün üstə qaşın var" deyən olmayacaq, çox arxayın idilər. Demokratik, iqtisadi cəhətdən inkişaf etmiş, sosial yönümlü dövlətdə yaşamaq istəyən vətəndaş nəslinin yetişdiyini düşünmürdülər. Bununla belə, onlar milyardlarının sehrli gücünə də arxayın idilər.
Sonda onlara heç nə kömək etmədi. Məlum oldu ki, Ermənistanda total nəzarət, eləcə də hakimiyyətdən total qorxu yoxdur. Ölkəni dəyişmək istəyi var. Bütün bunlar məxməri inqilabın qələbəsinə gətirib çıxardı, nəticədə hamı və qalib demokratiya dünyası ermənilərdən tamamilə fərqli bir şey gözləməyə başladıq. Məhz, köklü dəyişikliklər və ölkənin demokratik xalqlar və ölkələr ailəsinə doğru dönüşü.
Amma bunların heç biri baş vermədi. Bunu indidən demək olar, amma erməni cəmiyyəti dəyişikliklər üçün surroqat, köklü dəyişikliklər illüziyası ilə üzləşdi. Niyə belə oldu? Çünki ermənilərin məxməri inqilabı Rusiya prezidenti Vladimir Putini əsəbləşdirdi. O, həmişə demokratiyanın qızğın əleyhdarı olub, ömrünün sonuna qədər də qalacaq və olacaq.
Onun anlayışında xalq zorlanmağa ehtiyacı olan qızdır. Onun "bəyənmə - bəyənmə, səbr et, gözəlim" ifadəsi Ukrayna haqqında nəinki, hətta o qədər də deyildi. Putinin qaydalarını qəbul etməyən hər kəsə ünvanlanıb. Və onlar sadədir - özünüzə qarşı zorakılığa dözün, əks halda daha ağrılı olacaq. İndi də bunun nə qədər ağrılı olduğunu Putin Ukraynada bütün dünyaya nümayiş etdirir.
O, məxməri inqilabın qisasını erməni xalqından başqa cür aldı. Azərbaycanın Qarabağda başlatdığı müharibəyə qarşı olmadı. Eyni zamanda onun nəticələrinə görə Putin həm İrəvana, həm də Bakıya təzyiq imkanlarını artırıb. Rusiya sülhməramlıları ölkəmizin və Azərbaycanın hesablaşmalı olduğu amildir. Yaxşı, Türkiyə öz maraqlarında qaldı.
Eyni zamanda, kim nə deyirsə desin, Putin bizi Avropa perspektivindən məhrum edib. Ölkəmizi getdikcə daha fəal şəkildə öz burulğanına çəkir. Və bu qançanağıdır. Putin isə artıq açıq şəkildə deyir ki, onun məqsədi “tarixi Rusiya” hesab etdiyi SSRİ-ni dirçəltməkdir. Ona görə də o, Ukraynanı məhv etməyi planlaşdırır.
Yalnız indi o, uğur qazanmır və çətin ki, uğur qazansın. Hətta Rusiya Federasiyasının nüvə bombasından istifadə təhlükəsi də artıq heç kəsi qorxutmur. Eyni zamanda, Avropa Komissiyası cümə günü Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib ki, bu da onun 27 ölkənin bir sıra əsas islahatlardan asılı olacaq bloka qoşulma yolunun başlanğıcı olub.
Avropa Komissiyasının təklifi Ukraynaya eyni statusun verilməsini tövsiyə etdiyi gün irəli sürülüb və bu, Moldovanın qanunun aliliyinin təmin edilməsi, geniş yayılmış korrupsiyanın təmizlənməsi və insan haqları problemlərinin həlli kimi bir sıra islahatlar həyata keçirməsi ilə şərtlənir. Deməli, biz indi ümidsizcə hətta ukraynalılardan və moldovalılardan geri qalırıq. Və buna görə də hər birimiz özümüz üçün suala cavab verməliyik - niyə belə oldu, hamımız nəyi səhv etdik?!
Bəli bu fikirlər Ermənistan mətbuatındandır. Erməniləri, xüsusən də ağlı başında olan, xalqının gələcəyini düşünən "hay"ları nəhayət, "biz nədə səhv etdik", sualı düşündürməyə başlayıb. Təkcə bir cavabla erməniləri bu çətin sualdan qurtarmaq olar. Azərbaycanla müharibəyə başlamaq, ərazilər qoparmaq üçün qətliamlar törətmək, insanları yurdundan-yuvasından didərgin salmaq və bu gün də Qarabağ arzusu ilə yaşamaq ermənilərin ən böyük səhvidir. Səhvinizi düzəldin, nə qədər gec deyil, yoxsa...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB