Milli dövlətçiliyini itirmək, dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üz-üzə qalmış xalqlar taleyüklü sınaq anında məsuliyyəti çiyinlərinə götürmüş, qətiyyəti liderlərin müdrikliyi, idarəçilik keyfiyyətləri sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmişlər. Yüksək liderlik keyfiyyətlərinə malik belə şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni çətinliklər dövründə xalqa düzgün yol göstərən milli xilaskar qismində çıxış etmiş, beləliklə həm də ümumumilli liderlik zirvəsinə yüksəlmişlər. Bu cür şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. O,Azərbaycanın ən çətin günündə vətəninə qayıdıb, xalqın milli sərvəti olan müstəqilliyinin qorub saxlanılmasında böyük rol oynadı.
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqiliyinin qorunması onun əldə edilməsində qat-qat ağır və mürəkkəb vəzifədir. Azərbaycanda 1993-cü ilin may-iyun aylarında vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, xalqımız Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüşdür. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi iləAzərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunlarınhamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetinsədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olanAzərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasınındövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsinşübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız AzərbaycanRespublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç birbaşqa dövlətin əsarəti altına düşməyəcək.”
Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən dövlətçilik ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublikaəhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başladı. Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.
Vətənin təhlükədən azad edilməsi üçün ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul olundu. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərhaqqında” yeni qanunların qəbul olunması, xalqın əhval-ruhiyyəsini artırdı. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinin nəticəsində seperatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktları imzaladı.Bununla da ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.
Heydər Əliyev vətəninə və xalqına hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul edildi. Milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi aşkarlandı.
Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi və müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yaranaraq uğurlar əldə olundu.
Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
İsitiqlaliyyət uğurunda çalışan Ulu Öndər hər zaman xalqının dəstəyinə arxalanıb ən çətin anlarda onlara müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və vətənin mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Zamanın nəbzini tutmağı, hadisələrə düzgün qiymət verməyi bacaran, XX əsr Azərbaycan tarixinin ən böyük şəxsiyyəti Heydər Əliyev də məhz belə liderlərdən biri kimi xalqınının qəlbində yaşayır, və daim ehtiramla anılır. Bu nöqteyi-nəzərdən ulu öndərimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur.
Zenfira Babayeva
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB