"IX Qlobal Bakı Forumu dünyada ən aktual tribuna hesab edilir" - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi, ölkəmiz bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İstər Heydər Əliyev Fondunun, istər Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin və ya Bakı Humanitar Forumun xətti ilə keçirilən, ənənəyə çevrilmiş beynəlxalq tədbirlər kürəsəl dünyanın çağırışlarına, mədəniyyətlərarası dialoqa ölkəmizin verdiyi dəstəyi sübut edir. Bu həm də dünyada baş verən müxtəlif geosiyasi proseslərdə ölkəmizin fəal mövqesini və iştirakını göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, sözsüz ki, buna möhtərəm Prezidentimizin öndər Liderliyi ilə nail olmuşuq: "Xatırlamaq lazımdır ki, belə ənənəvi tədbirlər həm 44 günlün Vətən müharibəsindən öncə, həm də müharibə dövründə davamlı olaraq keçirilirdi. Müharibən sonra isə insanlıq üçün istər regional, istərsə də kürəsəl təhdidlərin qarşısının alınmasında birgə səylər kimi məsələlərə həsr olunmuş yüksək səviyyəli tədbirlərin keçirilməsi davam edir.

Bir neçə gündür Bakıda keçirilən və bugün də davam edən tədbirlər Azərbaycanın dünya birliyindəki əhəmiyyətli rolunu göstərir. Bu mənada Prezident İlham Əliyevin də iştirak etdiyi 9-cu Qlobal Bakı Forumunun önəmini yüksək dəyərləndirmək lazımdır. Əslində Forumun əhəmiyyəti iştirakçıların siyahısına baxdıqda da şahid oluruq.

Qeyd etmək istərdim ki, möhtərəm Prezidentimizin çıxışında bir sıra vacib məqamlara və məsələlərə toxunması bütün iştirakçılar tərəfindən vurğulanırdı. Vacib məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında vaxtilə mövcud olan münaqişənin həlli məsələsidir. Bütün tribunalarda etdiyi çıxışında olduğu kimi Möhtərəm Prezidentimiz bu çıxışında da Ermənistana bir daha xəbərdarlıq etdi və bütövlükdə Avrasiya məkanı üçün Zəngəzur dəhlizinin açılmasının vacibliyini iştirakçılara çatdırdı. O açıq şəkildə qeyd etdi ki, “…Əgər Ermənistan Zəngəzur dəhlizini açmasa, yekun sülh müqaviləsi imzalanmasa, o zaman Azərbaycan bir sıra addımlar atacaq. Bu gün Azərbaycanın əlində kifayət qədər tarixi faktlar, əsaslar var ki, vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizi Ermənistana verilmişdir. Azərbaycan da belə olduğu təqdirdə addım ataraq Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Ermənistan bunu nəzərə almalıdır".

Deputat sözlərinə belə davam edib: "Çox vacib məqamlardan biri də 30 ilə yaxın işğalçıya dəstək verən ermənipərəst ATƏT-in Minsk qrupu ilə bağlıdır. Möhtərəm Prezidentimiz kəskin şəkildə bildirdi ki, bugün Ermənistan nə qədər cəhd etsə də, Minsk qrupunun yenidən dirçəldirməsinə nail ola bilməz və belə bir qrup öz missiyasını artıq bitiribdir. Həqiqətən də təcavüzkar Ermənistan bundan çox ciddi nəticə çıxarmalıdır. Sözsüz ki, Ermənistanın nəticə çıxarmaması , Azərbaycanı başqa addımlar atmağa məcbur edəcəkdir.

Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu və Qarabağın statusu ilə bağlı 2020-ci il 10 noyabr razılaşmasında hər hansısa bir maddə və ya bənd yoxdur. Ona görə də Ermənistan bütün bunları nəzərə almalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bütövlükdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən IX Qlobal Bakı Forumu həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxşaxəliliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan mühümlüyü ilə fərqlənir.

Bu gün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərə Qlobal Bakı Forumunun kompleks şəkildə yanaşması və bu problemləri yaradan səbəblərə beynəlxalq hüquq çərçivədə baxılması da vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, bugün dünyada ənənəvi olaraq keçirilən 50-dən artıq müxtəlif sahələri əfatə edən tanınmış və ya qismən populyar beynəlxalq forum və konfranslar təşkil olunur. Bunlar arasında davamlı şəkildə keçirilənləri də, konkret problemlərdən doğan çağırışlara əsasən təşkil olunanlardan ən populyarı Qlobal Bakı Forumudur. Qeyd etmək lazımdır ki, Ukraynada baş verənlərin fonunda bugün insanlığın üzləşdiyi problemlər, o cümlədən, ərzaq təhlükəsizliyi ilə bağlı çağrışların getdikcə daha təhlükəli həddə çata biləcəyi ehtimalı, siyasi, iqtisadi, sosial, ekoloji və digər sahələrdə yaranan təhlükələrin bir-biri ilə bağlı olduğunu təsdiqləyir.

Müharibələr iqtisadiyyata, ekologiyaya, ərzaq və enerji təhlükəsizliyinə təhdid yaradır və yaxud əksinə, iqtisadi, sosial, humanitar, ekoloji problemlər yeni münaqişə və müharibələr üçün əlverişli zəmin formalaşdırır. Məhz bu baxımdan, rəsmi Bakının dünyada baş verən proseslərə baxış bucağını ifadə edən Qlobal Bakı Forumu Yer kürəsinə və bütün bəşəriyyətə vahid bir orqanizm kimi yanaşdığı, təbiət və insan fitrəti ilə ilahi harmoniyada olduğu üçün fərqlidir, unikaldır, ən əsası isə obyektiv və qərəzsizdir.

Qlobal Bakı Forumunu səciyələndirən cəhətlərdən biri də müzakirələrin baş verən geosiyasi proseslərə yeni yanaşmalar aparılmasıdır. Xüsusi qeyd etmək istərdim ki, Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkdi. O, çıxışında bildirdi ki, forumda yeni yanaşmaların müzakirəsi bugün heç vaxt olmadığı kimi zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağrışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamədə müsbət nümunə yarada biləcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə