Qlobal Bakı Formunun əhəmiyyəti nədən ibarətdir? - POLİTOLOQ AÇIQLADI
"Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, dünyada qlobal çağırışların müzakirə olunduğu bir çox platforma mövcuddur: "Bunların sırasına Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu, Valday Diskussiya Klubunu və digərlərini daxil edə bilərik. Qürurverici haldır ki, Qlobal Bakı Forumu da öz nüfuzuna görə sadalanan platformalarla eyni sırada dayanır.
Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı cənab İlham Əliyev IX Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini irəli sürdü. Cənab Prezident qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlətimizin başçısı həmçinin, regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu bildirdi. Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizinin açılmasına süni maneələr yaratmasına ayrıca diqqət ayırdı. Sözsüz ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmasa və qarşı tərəf Qarabağa əsassız iddialarından əl çəkməsə, o zaman Azərbaycan da bəzi adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizinin Ermənistana verildiyinə dair əlimizdə tarixi sübutlar var. Beləliklə, Azərbaycan xalqı Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Gərək, Ermənistan bunu nəzərə alsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB