"Belə ağır vəziyyətdə xalqımız nicatını ancaq Heydər Əliyevdə gördü" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın müstəqilliyinin böyük sınağa çəkilən dövrlərdən biri də 1993-cü il 4 iyun Gəncə qiyamıdır. Gəncə qiyamı Surət hüseynovun başçılıq etdiyi silahlı qruplaşma tərəfindən Elçibəyin hakimiyyətinə qarşı olub. Surət Hüseynovun rəhbərlik etdiyi silahlı qruplaşma Bakıya doğru irəliləyirdi. Bir tərəfdən torpaqlarımız ermənilər tərəfindən sürətlə işğal olunur, digər tərəfdən ölkə daxilində vətəndaş müharibəsi qızışırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkənin düşdüyü belə ağır vəziyyətində xalqımız nicatını ancaq Heydər Əliyevdə gördü: "Elçibəy hakimiyyəti də anlayırdı ki, ölkəni düşdüyü bu vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilərdi. Ona görə də Ulu Öndəri Bakıya dəvət etdilər və ölkənin düşdüyü bu vəziyyətdən xilas etməyə xahiş etdilər. O zaman Ali Sovetin iclasında çıxış edən Heydər Əliyev heç nədən qorxmayaraq Gəncəyə gedəcəyini və ondan sonra öz qərarını verəcəyini bildirir. Heydər Əliyev Gəncəyə yola düşür və orada qiyamçı Sürət Hüseynovu silahlı qarşıdurmanı dayandırmağına inandırır".

Deputat sözlərinə belə davam edib: "Beləliklə, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev 3 oktyabrda keçirilən seçkilərdə prezident seçilir. Ümumimilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin əbədi olmasına qazandığı vəsiqəsi olur. 1994-cü ildə Ermənistanla müvəqqəti atəşkəsə razılıq imzalanır. Ulu Öndərin dövlət idarəçiliyindəki təcrübəsi və böyük siyasi iradəsi Azərbaycanın taleyini həll edən bütün məsələlərin öz yoluna qoyulmasına şərait yaradır.

Bu gün Ulu Öndər Heydər Əliyevin möhkəm təməlləri üzərində qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçmiş, daha güclənərək torpaqlarını erməni tapdağından döyüş meydanında azad edərək qalib ölkəyə çevirilmişdir. Hesab edirəm ki, Azərbayanın müstəqilliyi əbdidir və bundan sonra da xalqımızı firavan və xoşbəxt yaşayacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə