"Konqresin Qarabağa həsr olunması mühüm əhəmiyyətə malikdir" - SAHİBƏ QAFAROVA

"Konqresin Qarabağa həsr olunması mühüm əhəmiyyətə malikdir" - SAHİBƏ QAFAROVA

“VII Beynəlxalq Sosial Elmlər Konqresinin mövzusu Qarabağa həsr olunub. Bu çox mühüm əhəmiyyətə malikdir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir: “Tədbirin mühüm tərəfi isə qardaş ölkələr arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə