Ağstafada şəhid Asəf Məmmədovun doğum günündə xatirəsi anılıb - FOTOLAR

Ağstafada şəhid Asəf Məmmədovun doğum günündə xatirəsi anılıb - FOTOLAR

1 iyun 2022-ci il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi Məmmədov Asəf Mehman oğlunun doğum günü münasibətilə Poylu qəsəbə qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub. SİA xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ərazi Partiya Təşkilatının fəalları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha sonra tədbir iştirakçıları şəhid Asəf Məmmədovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə