Ölkəmiz üçün yeni quruculuq, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Əminəm ki, Azərbaycan xalqı yenə də birlik, güclü iradə göstərəcək və dağıdılmış şəhər, kəndlərimizi bərpa edəcək.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
44 günlük Vətən müharibədən sonra cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza səfərləri bizdə böyük fərəh, qürur hissi oyadır. Bu səfərlər Qarabağımızın tarixində şərəfli səhifələr açır.Prezident İlham Əliyev 26 aprel 2021-ci il tarixində Zəngilanda səfərdə olarkən öz çıxışında vurğulamışdır: “Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”. Və böyük Qayıdış Zəngilandan başlandı.“Ağıllı kənd” layihəsinin təməl daşı qoyldu. Bu gün biz hamımız bunun şahidiyik. “Ağıllı kənd” layihəsi yeni böyük bir elmi nailiyyətdir. Bu lahiyədə inşaat, texnologiya, kənd təsərrüfatı və sair sahələr inkişaf edəcəkdir. Ulu Öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. Bəli, Zəngilanın tarixi qədimdir və Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. Böyük qürur vericidir ki, Zəngilanın işğaldan azad olunması bizə bəşər mədəniyyətinin töhfələrini qaytardı, tarixi abidələri erməni işğalçılarından xilas edildi. Təsadüfi deyil ki, “Ağıllı kənd” layihəsi də ilk bu ərazidən başlandı.1974-cü ildə yaradılmış 117 hektar sahəli Bəsitçay Dövlət Qoruğu 28 ildə ermənilər tərəfindən ekoloji terrora məruz qalıb. Mənfur düşmən qoruğun təbii Çinar meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib. Təbiət abidəsi olan Bəsitçay qoruğunun bərpası uğurlu işlərdən biridir.Kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi Azərbaycan xalqının sülh süvər xalq olduğunu sübutudur. “Ağalı” kənd sakinləri üçün sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Bu, o deməkdir ki, hər hansı məsələyə görə rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq.
SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Ağıllı kənd” üçün “ağıllı həllər” də nəzərdə tutulmağı barədə məlumat verib və qeyd edib ki, əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Bu işlərin əsaslnda yüksək sürətli internet durur ki, kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib ki, “Biz postmünaqişə dövründə yaşayırıq və bu günlərdə də biz diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq, ya da ki, nail oluruq”.“İlyarımdır ki, Ermənistanla sərhədləri müəyyən etməliyik və Ermənistan bundan imtina edirdi. Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü onu göstərdi ki, biz bu sərhədləri müəyyən edəcəyik. Ermənilər o sərhədləri zəbt etmişlər və onarın Azərbaycana qarşı qoyduqları iddaların heç bir əsası olmadığını göstərin və heç bir “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilməz. Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir.”
Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırır, cünki sülh müqaviləsi imzalanması Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Ermənistan hələ də məğlubiyyətini ilə razılaşa bilmir, barışa bilmir. Gec-tez haqq-ədalət öz yerini tutur nəyin bahasına olursa olsun.
“Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır. Biz müharibəni bütün təzyiqlərə, hədə-qorxulara rəğmən elə aparmışıq və istədiyimizə nail olmuşuq.”
Bəli, Ermənistan ərazi bütövlüyünü tanımalıdır və heç bir iddia irəli sürə də bilməz. Buna əsası da yoxdur. Qərbi Zəngəzur da bizim qədim tormaqlarımızdır. İddia irəli sürmək üçün Ermənistan tarixə əsaslanmalıdır, bunu da edə bilməyəcək. Cünki bir tarix var ki, Qərbi Zəngəzur bizim torpaq olub və onu bizdən ayırıb Ermənistana verdilər. Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə ilə biz sübüt etdik ki, biz qüdətli xalqığ, bizim milli ləyaqətimizi var. Vətən uğrunda, torpaq uğrunda Qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarıxı görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Qələbənin təməlində sözsüz ki, Heydər Əliyev siyasəti, uzaqgörənliyi, düzgün mövqe tutmuş, vətənpərvərlik ruhda inkişaf edən gənclik və Heydər Əliyev məktəbin davamçısı Ali baş komandan İlham Əliyev durur.
Müstəqillik Günü ərəfəsində cənab prezident İlham Əliyevin Zəngəzura səfəri bütün dünyaya bir mesaj oldu – “Budur müstəqillik, Budur azadlıq”. “Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm”.Bəli, bizi indi ən çətin lakin şərəfli yol gözləyir. Müstəqillimiyizi qoruyub saxlamaq, bir daha xarici düşmənlərə torpaqlarımızı işğal etməyə imkan verməmək. Bunu üçün də biz taiximizi unutmamalıyıq. Bunun üçün biz hörmətli prezidentimizin ətrafında daha da sıx birləşməliyik. Məhz birlik Azərbaycan dövlətimizin müstəqilliyini qoruyub saxlayacaq. Məhz birlik heç bir qüvvəyə bu müstəqilliyi məhf etməyə imkan verməyəcək.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib. Paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Yaşasın Ali baş komandan İlham Əliyev!
Yaşasın Azərbaycan Xalqı!
Şəhla Xəlilova
YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB