Müstəqillik hər bir ölkənin dayaq nöqtəsidir ŞƏRH

Müstəqillik hər bir ölkənin dayaq nöqtəsidir ŞƏRH

Azərbaycan Respublikası ilk olaraq müstəqil respublika kimi fəaliyyətini 104-il öncə qursa da, onun qorunub saxlanılması müddəti cəmi 23-ay sürmüşdür. Müstəqillik dedikdə, əsas prinsip müstəqil siyasətə yönəldilir. Bu isə Azərbaycan Respublikasında 1993-cü ildən etibarən indiki dövrə qədər olan dövrü əhatə edir. Müstəqil siyasəti ölkəmizə Ulu Öndər Heydər Əliyev gətirmiş, cənab Prezident İlham Əliyev isə layiqli şəkildə bu xətti davam etdirməkdədir. Müstəqil siyasət, müstəqil ölkənin-müstəqil iqtisadiyyatına müsbət şəkildə öz təsir gücünü göstərməkdədir. Dünya ölkələri sirasında müstəqil iqtisadiyyata malik olan ölkələrin sayı çox deyil, lakin Azərbaycan bu say tərkibindədir. İqtisadiyyatı müstəqil olan ölkəmiz cari il ərzində dünyada inkişaf edən ölkələr sirasında ön pillələrdə yer almaqdadır.

Ulu Öndər Heydər Əliyev dediyi kimi: “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq qat-qat çətindir.” Bilirik ki müstəqil ölkələrə xarici müdaxilələr baş verir. Güc amili öz sözünü deyir, bu belə olub, belə də olacaqdır. Baş verənlərə isə beynəlxalq hüquq göz yumur. Ölkə olaraq güc toplayaraq daim güclü və müstəqil şəkildə davam etməliyik. Bu işdə isə əsas pay sahibliyi hərbi qola düşür. Müharibəni yeni qazanmağımıza baxmayaraq, müasir döyüş texnikaları alınmaqdadır, həmçinin canlı döyüş dəstələri yaradılmaqdadır. Hər birimiz bilirik ki, ölkəmizdə sabitlik və təhlükəsizlik hökm sürür. Bunun başlıca səbəbi müstəqil ölkə olmağımızdadır. Müstəqil olmasaydıq bizə məxsus olan əbədi və əzəli torpaqlarımızı geri qaytara bilməzdik. Düzdür Ermənistanın xarici havadarları xalqımızı öz hədəfindən geri çəkindirmək istəsə də bu istək baş tutmadı. 44-günlük Vətən müharibəsi ərzində xalqımızın mənəvi keyfiyyəti öz sözünü dedi. Hal-hazırda postmünaqişə dövrüdür, bu dövrdə isə Azərbaycan diktə edir. Ermənistanla sərhədlərimizin müəyyən olunması yolunda işlər davam etdirilir. Gələcəkdə Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Düzdür Ermənistan qeyd olunan prosesdən boyun qaçırmaq istəyirdi, çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması deməkdir.

Behbud Quluzadə,

YAP-ın əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə