"Ölkə başçısı hər bir azərbaycanlının taleyini diqqətdə saxlayır" - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyevin növbəti dəfə əfv sərəncamını imzalaması Azərbaycan dövlətinin humanistliyini, ölkə başçısının hər bir Azərbaycan vətəndaşının taleyini diqqətdə saxladığını bir daha nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, tarixi günlər və bayramlarda ölkə başçısının fərmanı ilə yüzlərlə insan əfv edilir, azadlığa və ailəsinə qovuşur: “Hər bir insanın əfv edilməsi onun yaxınlarının, dostlarının sevincidir. Prezident cənab İlham Əliyev prezident səlahiyyətinə başladığı ilk günlərdə elan etmişdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam. Bu gün biz Onun vaxtilə elan etdiyi ideyanın həyata keçdiyinin şahidi oluruq. Məcburi köçkünlər üçün abad və müasir tələblərə cavab verən qəsəbələrin salınması, ölkənin hər yerində infrastrukturun yaxşılaşması, yeni məktəb binaların, diaqnostik mərkəzlərin tikilməsi və istifadəyə verilməsi, pensiyaların və təqaüdlərin artırılması cənab Prezidentin fəaliyyəti nəticəsində mümkün olub.

Eyni zamanda Azərbaycan cəza siyasəti də humanistləşdirilib. Qolbaq sistemi ilə az təhlükəli cinayət törətmiş insanların öz ailələrində olması da bunun göstərircisidir. Həmçinin cəmiyyətdə elə bir abu-hava yaradılmağa çalışılır ki, insanlar qanuna hörmətlə yanaşsınlar. Ölkəmizdə ildən-ilə cinayətlərin sayının azalmasının səbəbi elə bunun nəticəsidir. Əfv edilənləri təbrik edirəm. Ümid edirəm ki, onlar bundan sonra layiqli vətəndaş kimi özlərini göstərəcəklər”.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...