"Festival Ermənistana ötürülən bir mesaj deyil həm də..." - POLİTOLOQ AÇIQLADI

“Teknofest” yeni müasir texnikaların festivalı olmaqla bərabər, həm də müasir döyüş texnikasının sərgiləndiyi bir festivaldır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu festivalda iştirak etməsi onun bir daha Şuşa bəyannaməsində göstərildiyi kimi Azərbaycanın yanında yaxşı bir hərbi müttəfiq olduğunu və hər hansı bir hərbi əməliyyatlar aparılması halında Türkiyənin də eyni şəkildə Azərbaycanın yanında olacağını göstərir: “"Bayraktar" dronlarından başqa, burada eyni zamanda çox uzaq məsafədən uça bilən "Akıncı" dronları da bu festivalda yer alıb”.

Politoloq sözlərinə belə davam edib: “Bunlardan başqa Türkiyənin F-16-larını neçə gündür Azərbaycan səmalarında görürük. Bu Türkiyənin qətiyyətli şəkildə hər hansı bir hərbi münaqişə zamanında Azərbaycanın yanında yer alacağını göstərir. Bu təkcə Ermənistana ötürülən bir mesaj deyil, bunu həm də Rusiya-Ukrayna müharibəsi zəminində düzgün qiymətləndirmək olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...