Gənclər ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynayıb - DEPUTAT ŞƏRH ETDİ

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kadr islahatlarında gəncləşdirmə siyasəti, dövlət idarəetmə sistemində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi cəmiyyətimiz tərəfindən də rəğbətlə qarşılanır. Ümummilli Lider Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərman, 2002-ci il aprelin 9-da qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsində, müstəqil Azərbaycanda gənclərin hərtərəfli inkişafı və dövlət quruculuğu işinə geniş cəlb olunmasında, eləcə də ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Onun sözlərinə görə, təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş gənclərsiyasəti bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir: “Bu gün ölkəmizdə uğurla reallaşdırılan gənclər siyasəti, Azərbaycan gənclərinin potensiallarını nümayiş etdirməsi üçün böyük imkanlar yaratmışdır.Belə ki, Azərbaycan gəncliyinə yüksək dəyər verən Prezident İlham Əliyevin gənclər siyasətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərməklə gənclərin məsul vəzifələrə, idarəetmə işlərinə irəli çəkilməsi, onların intellektual səviyyəsini və idarəçilik keyfiyyətlərini nümayiş etdirmələri üçün şərait yaradılmasıdır.

Peşəkar, bacarıqlı, savadlı gənc kadrların yaşlı kadrları əvəz etməsi və yüksək vəzifələrə təyin edilməsi Prezident İlham Əliyevin yürütdüyü gəncləşdirmə siyasətinin tərkib hissəsidir. Ölkəmizin tərəqqisi naminə həyata keçirilən kadr islahatları və gəncləşdirmə siyasəti idarəetmənin daha da təkmilləşdirilməsi deməkdir.Yüksək vəzifəyə təyinat alan hər bir gənc kadr isə təbii olaraq dövlət başçısının ona göstərdiyi etimadı yüksək səviyyədə doğrulmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə