Azərbaycan-Litva münasibətləri: yüksələn inkişafa doğru ŞƏRH

Azərbaycan Respublikası dünyada başqa dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşayan bir ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev ölkəmizin beynəlxalq arenada tanınması və dünya ölkələrinə inteqrasiya olunması üçün böyük səylə, tolerant və multikultural dəyərlərə sadiq şəkildə çalışır.

Bu dövlətlər sırasında Litva Respublikası da var. Litva ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin tarixi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi illərə dayanır. Bir tərəfdən qeyd etmək lazımdır ki, hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdən onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. 2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya rəsmi səfərdə olmuşdur. Həmin vaxt Prezident İlham Əliyev qeyd etmişdir ki, biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir."

18 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü baş tutmuşdur. Azərbaycan-Litva biznes forumunda işıqlandırılan məslələlərdən tam aydın oldu ki, ölkələr arasında münasibətlər yüksələn xətlə irəliləyir. İlham Əliyev Biznes forumunda qeyd etdi ki, çox müsbət haldır ki, Litva və Azərbaycan Respublikalarının iqtisadiyyatları Avrasiyanın fərqli hissələrində yerləşir və bir-biri ilə rəqabət aparmır. Bu səbəbdən biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik. Həmin görüş zamanı bir sıra əhəmiyyətli sənədlərə imza atılmışdır. Bunlar içərisində ən önəmlilərindən biri Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi idi. Bu bəyənnamədən sonra Azərbaycan–Litva münasibətləri yüksələn xətlə inkişaf etməyə başladı. Bu gün keçirilən biznes forumunun üstünlüklərindən biri imkanlarının və digər məsələlərin nümayiş edilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı təkcə Litva Respublikası ilə ikitərəfli münasibətləri diqqətə çatdırmadı. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlə, Ermənistan sülh müqaviləsinin imzalanması perspektivləri, enerji təhlükəsizliyi, ticarət məsələləri də daxil olmaqla bir sıra önəmli mövzulara toxundu, fikir və mülahizələrini bəyan etdi. Sonunda qeyd etmək istərdim ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyanın qabaqcıl iqtisadiyyatına malik olan ölkələrlə rəqabət aparacaq səviyyədədir. İqtisadiyyatımızın yüksəlişi üçün Prezident İlham Əliyev uzaqgörən siyasət yeritməkdədir. Məhz Prezidentimizin siyasəti nəticəsində bu gün Azərbaycan dünya dövlətlərinə inteqrasiya edərək, dünyanın əsas güc dövlətlərinə çevrilmişdir.

Fəridə Süleymanova

Tərtər rayon Heydər Əliyev mərkəzinin elmi işçisi, YAP fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə