Müstəqilliyimiz sarsılmaz, dönməz və əbədidir - ŞƏRH EDİLDİ

"1918-ci ildə yaradılmış Azərbaycan Xalq Demokratik Cümhuriyyəti müstəqil dövlətçiliyimizin şərəfli tarixidir. Çoxlu millətlərdən fərqli olaraq müstəqil dövlətçiliyimizin 104 il tarixi var". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, AXC dövründə müstəqil dövlətin rəmzləri olan üçrəngli dövlət bayrağı, himni və gerbi təsis olundu: "Cəmi 23 ay yaşamasına baxmayaraq AXC dövründə dövlətimizin suveren sərhədləri müəyyən edilmiş, parlamenti, hökuməti, dövlət aparatı yaradılmış, ordu quruculuğu sayəsində mühüm işlər görülmüşdü. Həm də Azərbaycan dili dövlət dili elan olunmuş, təhsilin, maarifin və mədəniyyətin inkişafında mühüm addımlar atılmışdır".

Deputat sözlərinə belə davam edib: "Müsəlman şərqində ilk dəfə olaraq qadınların hüquq bərabərliyi tanındı və bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik aradan qaldırıldı. Çox təəssüf ki, dövlət müstəqilliyimiz cəmi 23 aydan sonra sovetlər tərəfindən süqut olundu.

1991-ci ildə xalqımız ikinci dəfə dövlət müstəqilliyinə nail olundu. Amma xalqımız ikinci dəfə qazandığı dövlət müstəqilliyini də yenə itirmək təhlükəsi ilə üzləşdi. Xalqın tələbi və təklifi ilə çətin bir zamanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, xalqı birləşdirməsi ikinci dəfə nail olunduğumuz dövlət müstəqilliyimizin möhkəmlənməsinə yol açmışdır. Dövlət müstəqilliyimizin 104-cü ilini xalqımız Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etmiş və dünyada böyük nüfuz qazanmış müstəqil Azərbaycan Respublikası olaraq qarşılayır. Müstəqilliyimiz sarsılmaz, dönməz və əbədidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə