Burda əsas oyunçu Ermənistan və revanşist qüvvələr deyil, Rusiyadır - POLİTOLOQ DANIŞDI

"Ermənistan son 30 ildə bu tip təxribatlarla həmişə məşğul olub. İndi də çox təəssüf ki, bundan əl çəkmir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin fəallaşması şimal, cənub qonşularımızla və qərblə bağlıdır: "Çünki Paşinyan Ermənistanı birmənalı şəkildə Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir və Ermənistanın da çıxarılması Qafqazın itirilməsi deməkdir. Rusiyanın Qafqazdakı maşası Ermənistandır. Ona görə də həm Rusiyanın Ukraynadakı uğursuzluğunu örtmək, həm İranda müəyyən qüvvələrin narkotrafik ticarətini bərpa etmək, həm də Ermənistandakı ölmüş ruhu qaldırmaq üçün bu cür təxribatlar törədilir və törədiləcək də. Çünki biz ermənilərin xislətini çox yaxşı bilirik. Sərhədləri də atəşə tuturlar, Dağlıq Qarabağda da sühlmərəmlıların yerləşdirildiyi torpaqlarda da Azərbaycanı qızışdıracaq addımlar atmağa davam edəcəklər. Bütün bunların hamısı onu göstərir ki, burada əsas oyunçu Ermənistan və revanşist qüvvələr deyil, əsas oyunçu Rusiyadır.

Azərbaycan bu təxribatlara hazır olmalıdır. Biz tələb etməliyik ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın tərkibini elan etsin. Qısa müddət ərzində Ermənistanla bu məsələləri yekunlaşdırmalıyıq. Çünki cəmiyyətdə gərginliyi artıran qüvvələr çoxalır. Xüsusən də V kolon həddən artıq güclənib. Azərbaycanda yenidən qarşıdurma yaratmaq istəyirlər. Bu proseslər məni çox narah edir. Analizlərim göstərir ki, Azərbaycanda qarşıdurma yaratmağa çalışan qüvvələr, xüsusən də Rusiyanı dəstəkləyən qüvvələr yeni təxribatlara əl atacaqlar. İqtidarla insanlar arasındakı uçurumu dərinləşdiməyə çalışırlar. Nə qədər ki, Ermənistanla problemlər həll olunmayıb V kolon öz əməllərindən geri qalmayacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə