Bu dəfəki zərbə Ermənistanın mövcudluğunu sual altında qoyacaq - SİYASİ EKSPERT AÇIQLADI

"Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib, əksinə Azərbaycanı məcbur edib ki, beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etsin". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan hələ də ağlını başına yığmayıb: "Nə, üçtərəfli bəyanata əməl edir, nə Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara əməl edir. Artıq Ermənistana son şans verilib. Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib, Azərbaycanın müstəqilliyini tanıyıb, normal münasibətlər qurmalıdır. Əks halda Ermənistanın mövcudluğu sual altında olacaq. Hər danışıqdan sonra Ermənistanda ya kütləvi aksiyalar başlayır, ya da cəbhə bölgəsində atəşkəs rejimi pozulur. Təəssüflər olsun ki, bu atəşkəs pozulan zaman onlar müxtəlif bəhanələr gətirirlər. Dəfələrlə Kəlbəcər və Laçın tərəfində birbaşa atəşkəs rejimi pozulur. Ermənistan rəhbərliyinin qərarı olmadan atəşkəs rejimi pozula bilməz. Bu təxribatların arxasında Paşinyan durur. Əgər, Ermənistanın siyasi rəhbərliyi ordunu idarə edə bilmirsə, bunu Paşinyan bəyan etməlidir.

44 günlük Vətən müharibəsində başlarına dəyən dəmir yumruqdan da nəticə çıxarmasalar, bundan sonrakı zərbə daha ağır olacaq və budəfəki zərbə Ermənistanın mövcudluğunu sual altında qoyacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə