Hər bir xalqın həyatında çətin məqamlar olur. Azərbaycan xalqı isə tarix boyu bir neçə dəfə ağır mərhumiyyətlərlə və sınaqlarla üzləşmişdir. Ötən əsrin 80-ci illərinin sonunda erməni separatçılarının başladığı və SSRİ-nin o vaxtkı rəhbərliyinin rəvac verməsi nəticəsində Qarabağ ətrafında başlayan, sonralar digər ərazilərimizində işğalı ilə nəticələnən münaqişə Azərbaycan xalqını bir daha sınağa çəkdi. AXC-Müsavat cütlüyünün yarıtmaz rəhbərliyi, dağıdılmış və tənəzzülə uğramış iqtisadiyyat və ordusu olmayan ölkə ardıcıl olaraq torpaqlarını itirməyə məruz qaldı.
Belə bir zamanda Ulu Öndər Heydər Əliyev ölkəni məhvolma təhlükəsindən qurtarmaq üçün yenidən siyasi meydana atıldı. Həyat və fəaliyyəti nəsillər üçün bir örnək, xalq üçün qürur mənbəyi olan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına gərgin əmək hesabına ərsəyə gətirdiyi şah əsərini - müstəqil, demokratik Azərbaycanı bəxş etdi. O, Azərbaycanı öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdırdı. Vətəninə həsr olunan şərəfli ömür yolu, ölkəsinin çiçəklənməsi üçün dönməz mübarizəsi xalqın öz həqiqi Liderinə olan böyük sevgisi və inamını formalaşdırmışdır. Ümummilli Liderimizin xatirəsi onu həmişə uca tutan xalqın yaddaşında yaşayacaqdır. Öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında onun qədər misilsiz xidmətlər göstərən dövlət adamı tapmaq çətindir. Bu mənada, Ulu Öndər xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz olmaqla yanaşı, həm də bütün dünyada qəbul şəxsiyyət olmuşdur. O, böyük ictimai-siyasi təcrübəyə malik nüfuzlu bir dövlət xadimi idi. Onun böyük nüfuzu və şöhrəti, ilk növbədə, bu böyük şəxsiyyətin fitri istedadı, zəkası və uzaqgörənliyindən irəli gəlirdi. Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti nəticəsində əldə edilmişdir.
Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin edilməsinə çalışmış və buna nail olmuşdur. Dövlət çevrilişlərinin qarşısı alınmış, Müstəqil dövlətımizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkəni və xalqı yaranmış bu böhrandan qurtarmaq üçün ümummilli lider Heydər Əliyev öz təcrübəsindən və bacarığından uğurla istifadə etməklə yanaşı, Azərbaycanın əlverişli geosiyasi mövqeyindən və zəngin təbii ehtiyatlarından istifadə olunmasını respublikanın və xalqın üzləşdiyi problemlərin həllinə yönəltməyi də müvəffəqiyyətlə bacardı. Hər zaman ölkəmizin və xalqımızın hərtərəfli inkişafının qayğısına qalan ulu öndərin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənməyə başladı, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar oldu və dövlətimiz sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atdı. Beləliklə, ölkəmiz siyasi və iqtisadi cəhətdən regionun ən güclü dövlətinə çevrilməyə başladı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Məhz bu siyasi kursun nəticəsidir ki, indi respublikamızda heç də bütün ölkələrdə mövcud olmayan ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır ki, bu səbəbdən də müasir Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm inkişaf dövrünü yaşayır.
Ulu Öndərin ən böyük arzularından biri də 30 il Erməni işğalında qalan torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi 2020-ci ilin sentyabr ayının 27-də başlayan və Qələbə ilə başa çatan 44-günlük müharibə ilə yenidən öz ərazi bütövlüyünə qovuşması ilə Ulu Öndərin arzuları həyata keçdi. İndi işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş quruculuq işləri həyata keçirilir. Qarabağın tacı olan Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əsası Ulu Öndər tərəfindən qoyulan Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi ideyasının davamı olaraq V Zəfər Qurultayının məhz Şuşada keçirilməsi dünyaya yeni bir mesaj oldu - Azərbaycan yenidən azad etdiyi ərazilərin tam sahibidir və heç bir qüvvə bunun qarşısında dura bilməz. Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərini saymaqla qurtarmaz. Ona görə də xalqımız Ulu Öndəri əsrlər boyu daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsini daim ehtiramla yad edəcəklər. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərin xatirəsi ürəklərdə yaşayacaqdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB