Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində dəyirmi masa keçirilir - YENİLƏNİR-FOTOLAR

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilir. SİA xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, üzvü Gülşən Paşayeva, Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Elşad İsgəndərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov iştirak edirlər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə