Nə qədər bəşərriyyət var, Ulu Öndər Heydər Əliyev yaşayır və yaşayacaqdır ŞƏRH

Nə qədər bəşərriyyət var, Ulu Öndər Heydər Əliyev yaşayır və yaşayacaqdır ŞƏRH

Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyev zəkasının, Heydər Əliyev əməyinin izi olmasın. Azərbaycanda dövlət quruculuğu və demokratikləşmə istiqamətində aparılan hüquq islahatları belə sahələrdən biridir. Görkəmli dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkəmizdə hüquq islahatlarını, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi sahəsində misilsiz xidmətlər göstərmiş, çox böyük işlər görmüşdür. Ulu Öndər Heydər Əliyev öz xalqı və müstəqil dövləti üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onu bilməli, nəcib əməllərini nümunə kimi götürməli, tövsiyələrini bir an da olsun unutmamalıdır. Ulu Öndərin həyat və fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, təhlil aparıb, nəticələr çıxarmalıyıq. Dahi və əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin xalqımızın önündə, tariximiz qarşısında ən böyük xidməti budur ki, torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkənin varlığını parçalanıb yox olmaq təhlükəsindən xilas etdi, bununla da Azərbaycan xalqının ən ümdə hüququ olan yaşamaq hüququnu təmin etdi.

Bu gün müstəqil Azərbaycanımızın çoxlu istedadlı, savadlı gəncləri var. Prezidentimiz möhtərəm İlham Əliyev cənabları bu istedadlı gənclərimizin ən istedadlısı, onların öndəri, onları öz ətrafında toplayıb irəli aparan böyük bir qüvvə, gənclərin çox layiqli bir lideri və sevimlisidir. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçilik məktəbinin ən qüdrətli yetirməsi, Heydər Əliyevin dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübə xəzinəsinin ən dəyərli incisidir. Ulu Öndərin həyat və fəailiyyəti haqqında çox yazılıb və yazılacaqdır. Ancaq onun həyat tarixini gələcək nəsillərə çatdırmaq bir Azərbaycan vətəndaşı və gənci olaraq bizlərin borcudur. Azərbaycan gəncləri onunla fəxr edə bilər ki, onun monolit xarakterə malik Heydər Əliyev kimi Ümummilli siyasi lideri və onun siyasətinin layiqli davamçısı olan İlham Əliyev cənabları kimi dövlət başçısı vardır. Biz, YAP Xızı rayon Təşkilatının gəncləri olaraq Azərbaycan xalqının taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət, Ümummilli Liderimizi Heydər Əliyevi hər zaman ehtiramla anırıq. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, Ulu Öndər Heydər Əliyev yaşayır və yaşayacaqdır.

Lalabəyim Məmmədova

YAP Xızı rayon təşkilatının fəal üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə