1945-ci il mayın 9-da Rusiyanın faşist Almaniyası üzərində qələbəsini qeyd edən rus ordusu bu ilki bayram şənliyi üçün Qızıl Meydanda məşq keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi mərasimin məşqində 11 min əsgər, 131 müasir hərbi texnika, həmçinin T-34-85 tanklarının iştirak etdiyini açıqlayıb.
Rusiya Hərbi Hava Qüvvələri məşqə 77 təyyarə və helikopterlə qatılıb. Qələbə günü bu il Qərb mətbuatında Rusiya üçün tarixi əhəmiyyət kəsb edən mayın 9-da ya işğala son qoyacağı, ya da genişmiqyaslı müharibə elan edəcəyi iddialarından sonra xüsusi əhəmiyyət kəsb etdi.
"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə keçirilən hərbi paradın məşqi bu gün Moskvanın Qızıl Meydanında keçirilib", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB