Putin sanksiyalara qarşı yeni fərman imzaladı

Rusiyanın Ukraynaya hücumları davam edərkən, bir çox ölkə sanksiyalar tətbiq etdikdən sonra Rusiyanın cavab sanksiyaları gəlməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətlərinə görə yeni fərman imzalayıb. Kremldə dərc olunan fərmanda “Rusiya Federasiyasını qanunsuz olaraq məhdudlaşdıran və ya məhrum edən düşmənçilik və qeyri-qanuni hərəkətlərinə görə ölkənin milli maraqlarının, Rusiya Federasiyası vətəndaşlarının və onların mülkiyyət hüquqlarının müdafiəsi üçün yeni tədbirlər görülüb” deyilir.

Yeni fərmana əsasən, Rusiya hökumətinə, 10 gün müddətində sanksiya tətbiq edilən şəxslərin siyahısını təsdiq etmək və fərmana əsasən təsnifat, öhdəliklərin yerinə yetirilməsi və qadağanın əlavə şərtlərini müəyyən etmək tapşırılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə