Bu, Azərbaycanın dünyaya verdiyi ən mühüm mesajlardan biri idi - PARTİYA SƏDRİ AÇIQLADI

Bu, Azərbaycanın dünyaya verdiyi ən mühüm mesajlardan biri idi - PARTİYA SƏDRİ AÇIQLADI

“Dünya azərbaycanlılarının V qurultayı Şuşada keçirildi. Bu, Azərbaycanın dünyaya verdiyi ən mühüm mesajlardan biri idi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Şuşa dünya azərbaycanlıları üçün müqəddəs şəhərdir. Həm Şuşanın, həm də digər işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması üçün bütün dünyada yaşayan azərbaycanlılar əllərindən gələni edəcəklər: "Bu qurultay Zəfər qurultayı adlandırıldı. Çünki, qələbədən sonra ilk dəfə Şuşada keçirilirdi. Şuşa Zəfər simvolumuzdur. Şuşa təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün xüsusi əhəmiyyətə malik olan bir şəhərdir. Təbii ki, bu qurultayda çox mühüm mesajlar verildi. Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçısı kimi Zəfər Qurultayını çox böyük fəxrlə müşahidə etdim. Qurultay göstərdi ki, Azərbaycan öz suverenliyini addım-addım bütün ərazisində bərpa etmək qətiyyətindədir və dünyadakı reallıqları da nəzərə alaraq tələsmədən, səbrlə bu işi görməkdədir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə