Bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi problemi dövlətimizin, xalqımızın qarşısında duran, bizim üçün həmişə aktual olan və hər an öz həllini gözləyən ən başlıca, ən əsas problem olmuşdur. Böyük dövlətlərin iştirakı və rəhbərliyilə bizimlə mənfur düşmən arasında gedən saysız-hesabsız sülh danışıqları heç bir nəticə vermədi, çünki bu danışıqlar həmişə imitasiya xarakteri daşımış və yalnız vaxtı uzatmaq məqsədini güdmüşdür. Düşmən hesab edirdi ki, əvvəlki dövrlərdə olduğu kimi, vaxt bizə torpaqlarımızın işğalını unutduracaq və biz gec-tez bu işğalla barışmalı olacağıq. Lakin Prezident İlham Əliyev hər zaman qeyd etmişdir ki, biz bu işğalla heç bir zaman barışmayacağıq və torpaqlarımızı sülh yolu ilə azad etmək mümkün olmazsa, hərbi yolla azad edəcəyik. Bununla bağlı Ali Baş Komandan İlham Əliyev tez-tez elan etmişdir ki, "Biz güclü dövlətik! Bizim güclü ordumuz var!” Bu işğal azmış kimi, yırtıcı düşmən atəşkəs rejimini hər gün dəfələrlə pozurdu və ölkəmizi, bizi yeni torpaqlarımızı işğal etməklə hədələyirdi, ölkəmizə ara-sıra hücumlar da edirdi. Hər dəfə ordumuz tərəfindən düşmən susdurulurdu. Ölkəmiz üzərinə düşmənin son hücumu 27 sentyabr 2020-ci il tarixində baş verdi. Biz torpaqlarımızı işğal etmiş, zaman-zaman insanlarımızı qırmış, soydaşlarımıza insanlığa zidd olan, tükürpədici işgəncələr vermiş, insanlıqdan cox uzaq olan azğın düşmənin hücumunu dəf etməyə, onun vəhşiliklərinin qarşısını almağa məcbur olduq və aldıq da.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V Qurultayında çıxışında qeyd etdi ki, “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir” - Qurultayın Qarabağda keçirilməsinin əhəmiyyətini şərh edən Prezidentin bu fikirləri xüsusi vurğulanıb. Erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etdiyi, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş işlər görüldüyünü, Şuşada keçirilən Qurultayın böyük tarixi mənası olduğunu və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdiyi diqqətə çatdırılıb.
Elvin Ağayev
Masallı rayon Qəriblər kənd sakini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB