Vətən müharibəsində Zəfər əldə etməyimizdə hərbi qələbə ilə bərabər ideoloji qələbə də mühüm rol oynadı. Zəfərə aparan xarici siyasətlə bərabər milliyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının milli həmrəyliyi və dünya azərbaycanlılarının mənəvi dəstəyi, həqiqətlərin dünyaya yayılmasındakı rolu böyükdür. Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirilməsi bu şəhərin əhəmiyyətini göstərir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən indiyədək həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətinin bəhrəsi son vaxtlar Şuşada bir-birindən əhəmiyyətli tədbirlərin keçirilməsində özünü büruzə verir. Aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayının məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi rəmzi məna daşıyırdı.
Bu qurultayların hər birinin xalqımızın tarixində öz yeri və əhəmiyyəti vardır. Lakin Şuşada keçirilən beşinci qurultayın əhəmiyyəti xüsusilə böyükdür. Çünki bu qurultay Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonrakı dövrdə təşkil olundu. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Azərbaycanın diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız öz vətənləri ilə əlaqələrini daim gücləndirməyə çalışmalıdırlar. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıb-seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır.
Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı çıxışında deyib- “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir”.
Prezident İlham Əliyev Zəfər Qurultayında xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs etdi. Azərbaycan Prezidenti Qurultayda konseptual xarakterli nitqində postmünaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin mövqeyi haqqında fikirlərini ifadə etdi.
Azərbaycan yeni tarix yaradır və yazır. Şuşada Qarabağ Zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirildi. Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevriləcək. Zəfər Qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq.
Sevda Əliyeva
YAP Tərtər rayon təşkilatı Tərtər rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB