Bu rəqəmlər bizi qane etmir, potensial böyükdür - TACİKİSTAN SƏFİRİ
“Tacikistan və Azərbaycan arasında münasibətlər dərin inama və etibara əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 29 mayında qurulub. Bu münasibətlərin qədim tarixi kökləri var”. SİA xəbər verir ki, bunu Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soliyev deyib.
Onun sözlərinə görə, iki ölkə arasında 62 sənəd imzalanıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Amma bu rəqəmlər bizi qane etmir, potensial böyükdür, biz bu potensialdan istifadə etməliyik. Hökumətlərarası münasibətlər inkişaf edir, həm Tacikistan, həm Azərbaycan dövlət qurumları arasında münasibətlər genişlənir, biz daha 2 strukturla qarşılıqlı münasibətlərin qurulmasını planlaşdırırıq”.
Səfir sözlərinə belə davam edib: “COVID-19 pandemiyası Azərbaycan və Tacikistan münasibətlərinə təsir etməyib. Biz yeni əməkdaşlıq proqramları üzərində işləyirik, gələcəkdə iki ölkə arasında birbaşa uçuşlar, başqa işlər olacaq. Qardaşlıq münasibətlərimizin gələcəkdə də dərinləşməyə davam edəcəyinə əminəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB