"Biz dövlət olaraq istəyirik ki, Azərbaycanın diaspor təşkilatlarının üzvləri yaşadıqları ölkənin layiqli vətəndaşları olsunlar". SİA-nın məlumatına əsasən, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında panel müzakirələri zamanı deyib.
O bildirib ki, diaspor üzvləri yaşadıqları ölkələrin qayda-qanunlarına əməl etməli və Azərbaycan həqiqətlərinin çatdırılmasında fəal rol oynamalıdır.
Hikmət Hacıyev deyib ki, bu gün dünya reallığında yalnız bir supergüc var: "Bu supergüc ictimai rəydir. Diaspor nümayəndələri hər biri yaşadıqları ölkədə fəal iş aparmaqla ictimai fikrə təsir edə bilər",-deyə o əlavə edib.
Hikmət Hacıyev bildirib ki, xarici ölkələrdə Azərbaycan məktəblərinin və ya virtual Azərbaycan məktəblərinin yaradılması prosesi gedir.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB