Onların məqsədi nağıllara bənzər Miatsum ideologiyasını yaşatmaqdır - POLİTOLOQ ŞƏRH ETDİ

Onların məqsədi nağıllara bənzər Miatsum ideologiyasını yaşatmaqdır - POLİTOLOQ ŞƏRH ETDİ

"Erməni soyqırımı heç bir tarixi fakta, sübuta əsaslanmayan, Osmanlı imperiyasını bölmək və ərazisində erməni dövləti yaratmaq missiyasına hədəflənmiş Şərq məsələsinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, ermənilər tarix boyu böyük güclərin əlində oyuncaq kimi istifadə olunub: "Güclü Türkiyənin yaranmasının qarşısını almağa hesablanmış Şərq məsələsində də ermənilər bir vasitə olmuşdur. Nəyə görə soyqırım iddialarına hələ də davam edirlər? sualının cavabı çox aydındır. Dünyadan təcrid olunmuş, vaxtı ilə əllərində oyuncaq olduğu güclər üçün artıq heç bir maraq kəsb etməyən ermənilər hələ də “şizofren” psixologiyalarını nümayiş etdirərək avantürist ideyalarından əl çəkmədiklərini dünyaya göstərməyə çalışırlar.

ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyan deyirdi ki, soyqırım qəbul olunsa, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb edərdilər. Bu təvəqqenin gerçəkləşməsini görmək üçün ancaq erməni təfəkkürünün daşıyıcısı olmaq lazımdır. Əgər dediklərində həqiqət payı varsa, nəyə görə, dəfələrlə Türkiyə tərəfdən arxivlərin açılmasıyla bağlı, müştərək komissiyanın yaradılması ilə bağlı təklifi ermənilər qəbul etməyib. Məqsəd yalnız nağıllara bənzər Miatsum ideologiyasını yaşatmaqdır. Əgər, 44 günlük müharibədən sonra başlarına dəyən dəmir yumruq hələ də erməniləri “Dənizdən dənizə Ermənistan” ideyasının mif olduğunu qanmalarına yetərli olmadısa, xəstə təfəkkürün məhsulu olan bu təbliğatlara ümumiyyətlə fikir verilməməsini lazım hesab edirəm".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə