Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər yüksək səviyyədədir - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərin bu mərhələyə çatması iki ölkə rəhbəri arasındakı etimadın yüksək səviyyədə olmasının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Qırğızıstan Mərkəzi Asiyanın önəmli ölkələrindən biridir: “Azərbaycan Qırğızıstanla Türk dövlətləri təşkilatında və müxtəlif platformalarda əməkdaşlıq edir. Azərbaycanla Qırğızıstanın indiyənə kimi yüksək münasibətləri olsa da, dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Qırğızıstan dövlətinin Prezidenti arasında strateji əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı saziş imzalandı. Sazişdə iki dövlət arasında olan münasibətlərinin inkişaf etdirilməsi və daha yüksək səviyyəyə çatdırılması nəzərə alınıb.
Qeyd etmək istərdim ki, Azərbaycan Cənubi Qafqazda mühüm ölkədir və eyni zamanda Qırğızıstanda Mərkəzi Asiyada kilit ölkələrindən biridir. Bu baxımdan Azərbaycan elm, təhsil və iqtisadiyyat da daxil olmaqla bir çox sferalar üzrə Qırğızıstanla əməkdaşlığının daha da dərinləşdirilməsi, yüksək səviyyəyə çatdırılması iki ölkənin gələcək əməkdaşlıq perspektivliyi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması Mərkəzi Asiya regionu ilə Cənubi Qafqaz arasındakı münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB