Mixail Podolyak: “Bizim şərtlərimizlə sülh razılaşmasını imzalayacaqlar” İDDİA
“Rusiya müharibənin ikinci fazasına ciddi yanaşır (Donbasa hücum), ona görə də növbəti birbaşa sülh danışıqlarının nə zaman mümkün olacağını demək çətindir”. SİA xəbər verir ki, bunu Ukrayna mediasına Vladimir Zelenskinin ofisinin məsləhətçisi Mixail Podolyak deyib.
“Donbas uğrunda döyüş danışıqlar zamanı Rusiya Federasiyasının mövqeyinə bilavasitə təsir edəcək. Növbəti məğlubiyyətdən sonra onlar “quyruqlarını qatlayaraq” bizim şərtlərimizlə sülh razılaşmasını imzalamalı olacaqlar”, deyə ukraynalı siyasətçi iddia edib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB