Aprelin 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB