Biz ATƏT-in Minsk qrupunu tarixdən sildik - POLİTOLOQ DANIŞDI

Biz ATƏT-in Minsk qrupunu tarixdən sildik - POLİTOLOQ DANIŞDI

"ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi hər kəsə məlumdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Onun sözlərinə görə, bu fəaliyyətsizliyin yalnız bir səbəbi var: "Bu da ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlar dövlətlər tərəfindən idarə edilir. Həmin dövlətlər də təşkilatların qarşıya qoyduğu ümumi məsələlər və məqsədlərdən daha çox öz ümummilli maraqlarını və geosiyasi ambisyalarını həyata keçirirlər. ABŞ, Rusiya, Fransa birlikdə bir-birilərinə qarşı mübarizə aparırlar. Bu dövlətlərin Cənubi Qafqazda ortaq məxrəcə gələrək, hər hansısa bir problemi həll etmələri olduqca realıqdan kənardır.

ATƏT yalnız vaxt aparmaqla məşğul idi. Lakin ötən illər ərzində Minsk qrupu necə ki, bizə ümid verib, heç bir fəaliyyət həyata keçirtmədiyi kimi bizdə onlara toxunmadan öz ordumuzu gücləndirib, diplomatiya sahəsində uğur qazanmaq üçün fəaliyyət göstərdik. Bunun nəticəsi olaraqda Ali Baş Komandanın başçılığı ilə Azərbaycan ordusu qalib gəldi. Beləliklə də biz bu gün ATƏT Minsk qrupunu tarixdən sildik. Son zamanlar Minsk qrupunun ətrafında baş verən məsələlər və müxtəlif siqnallar əslində dünyadakı realıqların göstəricisidir ki, bu gün de-fakto Minsk qrupuna ehtiyac yoxdur.

Baxmayaraq ki, ABŞ, Fransa, Rusiya, Ermənistanla, Qarabağla və Minsk qrupu ilə bağlı bəyanatlar verir. Lakin bunların hər biri istək olaraq qalacaq. Nəticədə isə Azərbaycan Ermənistanla ikitərəfli şəkildə qonşu dövlətlərin və Avropa İttifaqının iştirakı ilə bu və ya digər məsələləri müzakirə edəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə