14 aprel 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, Vətən müharibəsi şəhidlərinin ataları,rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Bəsirə Abbasova, Ucar Gənclər Evinin,Uşaq İncəsənət Məktəbinin kollektivinin nümayəndələrinin iştirakı ilə 26 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunda şəhid olmuş,13 noyabr 2020-ci il tarixdə Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunmuş Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Vəliyev Elnur Əli oğlunun doğum günü münasibətilə rayonun Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş,məzarın önünə tər-çiçəklər qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Daha sonra rayon mərkəzində - Azərbaycan küçəsində abidəsinin önündə anm mərasimi keçirilmişdir. Çıxış edənlər Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsinin unudulmayacağını qeyd etdilər. Elnur Vəliyev Ucar şəhər 4 nömrəli tam orta məktəbi bitirib, 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrin leytenantı idi.
Elnur Vəliyev üç bacının yeganə qardaşı idi. Elnur Vəliyev Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə", Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının "Şücaətə görə" medalları və Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Yaşasaydı bu gün 25 yaşı olacaqdır.Amma alın yazısı 23 il 6 ay 12 gün oldu.Elə bir zirvəyə ucaldı ki,əzizləri,doğmaları,xalqı qürur duyası oldu.Azərbaycanımızın bütövlüyü,azadlığı uğrunda ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan el oğullarından biri oldu.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB