Moldovalı diplomat humanitar yardıma görə Azərbaycana təşəkkür edib
"Dost Azərbaycan dövlətinə bu çətin günlərdə Moldovadakı ukraynalı qaçqınlara göndərdiyi humanitar yardıma görə təşəkkür edirik". SİA xəbər verir ki, bu sözləri Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar deyib.
Onun sözlərinə görə, müharibə ilə əlaqədar 100 mindən çox ukraynalı qaçqın müvəqqəti olaraq Moldova ərazisində yerləşib: "Mən bir daha Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə göstərdiyi yardıma görə təşəkkürümü bildirmək istəyirəm”.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB