Fransada prezident seçkilərində seçici fəallığı zəifdir

Fransada prezident seçkilərində seçici fəallığı zəifdir

Fransada prezident seçkilərinin birinci turuna səsvermələrin günorta saat 12:00-yə olan nəticələri ürəkaçan deyil. Seçici fəallığı 25,48 faiz olduğu bildirilir. SİA xəbər verir ki, 2017-ci ildə birinci turda günorta saatlarında seçici fəallığı 28,54 faiz olub.

Sosial sorğuların nəticəsinə görə, 2022-ci il prezident seçkilərində 28 faizdən çox bitərəf qalma olacağı ehtimal olunur. Artıq bu ehtimallar günorta saatlarında olan seçici fəallığı ilə təsdiqini tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə