ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir - MÜNASİBƏT BİLDİRİLDİ
“Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında siyasi, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı əməkdaşlıq əlaqələri vardır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq regionun dəyişən nizamının reallıqlarına uyğun davam etdirilir: "Məhz Novruz bayramı münasibəti ilə ABŞ Prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi təbrik məktubunda çox strateji, xüsusi məsələlərə toxunulmuşdur. Regional təhlükəsizliyin təmini istiqamətində birgə əməkdaşlıq, həmçinin ABŞ-ın Azərbaycana maliyyə yardımını artırması, xüsusilə də hərbi yardımın verilməsi onu göstərir ki, ABŞ geo-siyasi nizamda Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığıa xüsusi yer verir.
ABŞ-ın dövlət katibinin Qarabağ məsələsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə 2 dəfə zəng etməsi ABŞ-ın regionda yeni bir əməkdaşlıq formatının yaradılmasında rolunun olduğunu göstərir. Regionda ABŞ-ın mövqeyinin güclənməsi, xüsusilə ABŞ-ın azərbaycanlılarla əməkdaşlığı burada xüsusi yer tutur. Düşünürəm ki, ABŞ Azərbaycan əlaqələri 2-ci Qarabağ müharibəsindən sonra yeni bir mərhələyə qədəm qoyub. Amerika da Azərbaycanın regiondakı mövqeyini qəbul edib. Hesab edirəm ki, bu istiqamətdə irəliləyiş əldə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB