Almaniyanın Hannover şəhərində Novruz bayramı qeyd olunub

Almaniyanın Hannover şəhərində Novruz bayramı qeyd olunub

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti Novruz bayramı münasibətilə tədbir keçirib. SİA xəbər verir ki, milli yeməklərimizdən ibarət bayram süfrəsi açılıb, Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça və səmənilər düzülüb. Bahar süfrəsi şəkərbura, paxlava, qoğal və başqa nemətlərlə də bəzədilib.
Cəmiyyətinin üzvləri çıxış edərək Novruz bayramının qədim tarixə malik olması və onun geniş coğrafi məkanda qeyd olunması barədə məlumat veriblər.

Şənlikdə Kosa və Bahar qızı da yer alıb. Qonaqlarla Azərbaycan tarixi adlı viktorina keçirilib, uşaqlara bayram hədiyyəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə