SƏS Media Qrupunun rəhbəri kollektivi TƏBRİK ETDİ

SƏS Media Qrupunun rəhbəri kollektivi TƏBRİK ETDİ

Bu gün özündə 3 qurumu - "Səs" qəzeti, Səs İnformasiya Agentliyini və Səs İnternet Televiziyasını birləşdirən SƏS Media Qrupun redaksiyasında müqəddəs Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Media Qrupun rəhbəri Bəhruz Quliyev təmsil etdiyi qurum adından dövlət başçısı cənab İlham Əliyevi və ailəsini, eyni zamanda bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firavanlıq, bol ruzi-bərəkət, gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayıb.

B.Quliyev Media Qrupun hər bir üzvünü Novruz bayramı münasibətilə təbrik edib. Ötən 2021-ci ilin xalqımız, dövlətimiz üçün bir sıra uğurlarla yadda qaldığını və 2022-ci ildə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib.

Sonra bayram tortu kəsilib.

SİA olaraq biz də bütün Azərbaycan xalqını müqəddəs Novruz bayramı münasibətilə təbrik edir, bol ruzi-bərəkət dolu süfrə, can sağlığı arzulayırıq!

BAYRAMINIZ MÜBARƏK!!!

Bütün xəbərlər Facebook səhifəmizdə