“Həqiqətən hər iki tərəf həm Rusiya, həm Ukrayna bu müharibədən yorulur. Onsuz da müharibənin qurtarmamasını arzu edən beynəlxalq güclər və dövlətlər də var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, birincisi müharibə nəticəsində Rusiya ordusunun döyüş meydanında zəiflədilməsini, eyni zamanda Rusiyaya tətbiq olunan sanksiyalar üzərindən Rusiyanın vəziyyətinin ağırlaşmasını və bir daha rəqabət qabiliyyətli olmamasını istəyən dövlətlər var: “Amerika başda olmaqla İngiltərə və bir sıra gücləri buna misal göstərə bilərik. Ümumiyyətlə SSRİ dağılan zaman 15 müttəfiq respublika yaransa belə, 88 muxtar qurum Rusiyada öz mövcudluğunu saxladı. O zaman hesab etdilər ki, əgər bu dağılarsa müxtəlif dövlətlərdə olan nüvə silahlarına nəzarət etmək olmaz. Eyni zamanda qaçqın dalğası Avropanı götürər. Bu nöqteyi-nəzərdən Rusiyanın dağılması onların planında olmadı.
Əslində 90-cı ildə Rusiya dağıla bilərdi. İndi bu birinci mərhələ bu məsələlər həll olunub. İndi təbii ki, Rusiyanın dağılması prosesi də ortadır. Çünki daim Rusiya təhdid olub. Avropa və dünya Rusiyadan çəkinəcək vəziyyətə düşüb. Faktiki güclü nüvə dövlətidir. Bu nöqteyi-nəzərdən yorulmasını, qırılmasını və iki slavyan xalqı arasında münaqişənin davam etməsində israrlıdırlar. Bir tərəfdən də müharibə davam etdikcə, insanlar öldükcə, şəhər və kəndlər məhv olunduqca Ukrayna xalqının və dünyanın Rusiyaya nifrəti artır. Bütün bunları nəzərə alaraq mən münaqişənin tezliklə sona çatacağına inanmıram.
Təbii ki, Türkiyə, İsrail və digər dövlətlər vasitəçilik edirlər. Ola bilər ki, bu Türkiyənin öz statusundan asılıdır. Çünki Türkiyənin özü də yaxşı başa düşür ki, Rusiya dağıldıqdan sonra eyni proses yüz il öncə də olmuşdu. Çar Rusiyası çökdürüldükdən sonra, Osmanlı imperiyası çökdürülmüşdü. Bunu da nəzərə alaraq Türkiyə Qərb, NATO üçün bəlkə artıqlıq təşkil edəcək və növbə Türkiyənin özünə çatar. Buna görə də bu mövzuda Türkiyənin özünün milli marağı var. Bu mənada Rusiya ilə əməkdaşlığı və yaxud bu barışığı təmin etməyi tələb edir.
Bütün bunlara baxmayaraq hesab edirəm ki, müharibə hələ davam edəcək, danışıqlar uzanacaq və heç bir konkret qərara gəlinməyəcək.
Zelenski Qərbin köməkliyi ilə olduqca məhşurlaşmaqdadır. Ukrayna xalqı indi yəhudi balasını qəhrəman hesab edir. Dünya da onu bu cür təbliğ edir. O da israrlıdır ki müdafiə tədbirlərini həyata keçirtsin. Hətta Kiyev alınsa belə müharibələr davam etsin. Ona görə də bu münaqişə, müharibə davamlı olacaq. Təbii ki, Rusiya indiki vəziyyətdə geri çəkilsə böyük sualların hədəfinə çevriləcək.
Fakt odur ki, qlobal mənada strateji olaraq Ruiya uduzdurulacaq. Ukrayna xalqının fədakarlığının qiyməti olaraq Ukraynanın dağılmış təsərrüfatı gələcəkdə bərpa oluna bilər. Bura Qərbin yardımları da davam edə bilər. Bu bir beynəlxalq ssenaridir. Putin də Zelenski də burada bir oyunçudur. Onlar burada subyekt yox obyektdirlər. Yəni bu prosesləri idarə edən tərəflər deyillər”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB