Avropa İttifaqı ilə münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Avropa İttifaqı ilə münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlər daima enişli və yoxuşlu olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bəzi müstəvilərdə olan münasibətlərin yüksək inkişaf mərhələsinə gəlib çıxması Avropa İttifaqının Azərbaycana qarşı olan siyasətindən irəli gəlir: “Avropa İttifaqı Azərbaycanla enerji təchizatında maraqlıdır. Hesab edirəm ki, bundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr daha geniş şəkildə inkişaf edəcək. Məhz imzalanması gözlənilən çərçivə əsasında planlanan məsələlər öz həllini tapacaq. Bu xüsusda da bir sıra danışıqlar gedir. Əminəm ki, Azərbaycanla Avropa İttifaqı arasında elə bir siyasi əlaqələr qurulmalıdır ki, Avropa Parlamenti və digər təşkilatlarda bu münasibətdən əlaqələnsin. Çünki Azərbaycanla əlaqələrə mane olan bir sıra Avropa dövlətlərinin deputatları var və onlar ümumi Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Lakin buna baxmayaraq Azərbaycan daima Avropa İttifaqı ilə əlaqələri gücləndirir. Gələcəkdə də enerji, iqtisadi, siyasi, əməkdaşlıq istiqamətində Avropa İttifaqı ilə əlaqələr yüksək inkişaf edəcək. Azərbaycan Avropa İttifaqının enerji diversifikasiyasında xüsusi rola malikdir və bu istiqamətdə bir sıra bəyənatlar və sənədlər imzalanır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə