Forum qarşıya qoyduğu bütün vəzifələri uğurla yerinə yetirib - ÇAVUŞOĞLU
Türkiyə Prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu qarşısına qoyduğu bütün vəzifələri uğurla yerinə yetirib. Dünyada diplomatiyanı yenidən formalaşdırmaq istiqamətində səmərəli müzakirələr apardıq. Antalya Diplomatiya Forumu bütün dünya üçün cəlbedici məkana çevrilib. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumla bağlı keçirdiyi mətbuat konfransında ifadə edib.
Bütün iştirakçılara, eləcə də media təmsilçilərinə səmimi təşəkkürünü bildirən nazir Mövlud Çavuşoğlu əminliklə bildirib ki, gələcəkdə birgə fəaliyyət nəticəsində daha böyük uğurlar qazanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB