Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Ermənistan xarici işlər naziri Aratat Mirzoyanla görüşüb. SİA xəbər verir ki, bu barədə diplomat “Tvitter” hesabında yazıb.
“Biz regional prosesləri, Avropa İttifaqının gərginliyi azaltmaq istiqamətində töhfələrini müzakirə etdik. Eyni zamanda Rusiya ilə Ukrayna arasındakı müharibəni və bunun regiona təsiri barədə fikir mübadiləsi apardıq”, - ali nümayəndə bildirib.
Bundan başqa, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində Aİ-nin Türkiyə və Ermənistanın XİN başçıları arasında keçirilən görüşlə bağlı tərəflər arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB