İlahi dərs: Ukrayna reallığından doğan erməni acizliyi və qorxaqlığı TƏRS BAXIŞ+ÖZƏL

İlahi dərs: Ukrayna reallığından doğan erməni acizliyi və qorxaqlığı TƏRS BAXIŞ+ÖZƏL

Ermənilər üzləşdikləri çıxılmaz vəziyyətlərinə görə yalnız özlərini ittiham etməlidirlər!

“Ermənistan “putinçi” ittifaqların – KTMT-nin Gömrük İttifaqının (Gİ), Avrasiya İqtisadi Əməkdaşlığı İttifaqının (AİƏT) üzvüdür və o, Ukraynaya qarşı Rusiyaya səs verir. Əgər biz Putin Rusiyasının məhv olmaq üzrə olan müttəfiqləri sırasındayıqsa, bu, bizə nədən xəbər verir? Yaxşı heç nədən”.

SİA xəbər verir ki, bu haqda Ermənistanın armenianreport saytının analitikləri yazırlar və bu xüsusda ABŞ-ın rus neftinin və qazının ixracına qoyulan qadağanın və daha iki embarqonu xatırladırlar. Armenianreport ABŞ prezidenti Baydenin fikirlərini sitat olaraq gətirib: “Bu gün mən elan edirəm ki, Birləşmiş Ştatlar Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfləyib. Biz rus iqtisadiyyatının istənilən neft və qaz ixracını qadağan edirik”, Bayden Ağ evdəki çıxışında bildirib və əlavə edib: “Bu, həm də onu göstərir ki, Rusiya qazı daha ABŞ limanlarında qəbul edilməyəcək və ameriakalı xalq putinçi hərbi maşına daha bir güclü zərbə endirəcək... Biz bu yolla Putinə daha bir böyük ağrı hissi yaşadırıq”.

Armenianreport: “Milli rüsvayçılığımız faciəvi perspektivləri ilə uzaqlara doğru gedir”

Erməni saytı Böyük Britaniyanın da 2022-ci ilin axrına rus neftinin və neft istehsalının ixracına son qoyacağını yazır və qeyd edir ki, bu haqda energetika və biznes naziri Kvasi Kvartenq bildirib və bütün bunlardan nəticə çıxararaq onu da yazıb ki, hətta iqtisadçı olmadan bütün bunların Rusiya üçün nəyə başa gələcəyini təsəvvürdə canlandırmaq çətin deyil: “Onu sadəcə iqtisadi cəhətdən boğurlar. Tezliklə bir dollara 500 rubl ödəyəcəklər. Lazım olan hər şeyə yaranmış total qıtlıq, işsizliyin artması və yoxsulluq. Aclıq vaxtları, ya uzunmüddətli, ya da həmişəlik. Rusiyalı, ya da rus olmaq utanc gətirəcək, həm də təhlükə yaradacaq. Banal şəkildə döyə və ya öldürə bilərlər”.

Bu çərçivədə, yəni Rusiyanın düşdüyü mövcud durumdan Ermənistanın da pay alacağını istisna etməyən armenianreport saytının analitikləri yazırlar ki, baş verənlərin fonunda Ermənistan insanlığa təhlükə yaradan və dünya tərəfindən belə qəbul edilən dövlətin müttəfiqidir. “Biz dəmir pərdənin o biri tərəfindəyik, acı reallıq da belədir”, deyə sayt yazır və bildirir ki, bundan sonra hətta tarixi müttəfiqləri olmasına rəğmən ruslar ermənilərə kömək etməyəcəklər: “Ona görə ki, bizim özümüz putinçi Rusiyanın statusundan xilas ola bilmədik. Hansı ki, əla şans var idi. Məxməri inqilabdan sonra biz bu şansı itirdik. Aydın məsələdir ki, bu, Rusiyanın günahıdır. Ancaq bu, heç kimi narahat eləmir. Hər kəs tabloya baxır. Orada isə bizim milli rüsvayçılığımızdır ki, faciəvi perspektivləri ilə uzaqlara doğru gedir”.

Daha bir erməni etirafı: “Kiyev eynilə Bakının getdiyi yol kimi gedir – NATO kimi, Türkiyə ilə də müttəfiqlik”

Erməni analitikləri mövzu üzrə digər cinaha da baxış keçirərək fərqi ortaya çıxarmağa çalışırlar. SİTAT: “İndi isə başqa xəbərə baxaq. Ukraynanın qaranat dövlətləri ABŞ, Türkiyə və ona qonşu ölkələr ola bilərlər. Bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası bəyan edib. Belə bir təklif var ki, Ukraynanın NATO-ya üzv olacağı vaxta qədər həmin ölkələr tam təhlükəsizliyi təmin edəcəklər”.

Təbii ki, istənilən mövzuda Azərbaycanı da önə çəkməyə adət etmiş ermənilər mövzu ətrafında yazırlar ki, Azərbaycanın adı çəkilməsə də, bu ölkə Ukrayna ilə yaxınlığına görə seçilir: “Ukrayna prezidenti Vladimir Zelenski bizim tarixi düşmənimizlə (Azərbaycanı nəzərdə tutur) strateji müttəfiq olduqlarını dəfələrlə deyib. Bundan əlavə, rəsmi Kiyev eynilə Bakının getdiyi yol kimi gedir - bütün sonrakı axarı ilə NATO kimi, Türkiyə ilə də müttəfiqlik”.

İlahi dərs, İlahi ədalət və acı etiraf: “Nəticələrin Ermənistan üçün nə qədər pis olacağını düşünmək belə qorxuludur”

“Ukrayna bu qarşıdurmadan qalib ayrılmaq üçün bütün şanslara malikdir. Bu, Türkiyə və Azərbaycan üçün yaxşı, Ermənistan üçün isə çox pis xəbər olacaq”, yazan erməni KİV-i bu gerçəkliyin ölkələri üçün nə qədər pis nəticələrə gətirib-çıxaracağını qorxaraq yazır. SİTAT: “Hətta nə qədər pis olacağını düşünmək belə qorxu yaradır. Özü də bütün nöqteyi-nəzərlərdən. Lakin nəyəsə təsir etməkdə bizim gücümüz qalmayıb, təəssüf ki...”, ermənilərin armenianreport saytının analitikləri, əslində, ölkələrinin hansı vəziyyətə düşdüklərini acı etirafları ilə nümayiş etdirirlər.

Əlbəttə ki, bu reallıq ermənilərin hələ də öz köhnə və uğursuz iddialarını anlamağa kömək etmir. Daha dəqiq desək, ermənilər millət olaraq anlamırlar ki, bu gün üzləşdikləri ağır və çıxılmaz vəziyyətə görə yalnız hazırkı dövrə qədər mövcud olan iqtidarlarını deyil, millət olaraq özlərini də ittiham etməlidirlər. Azərbaycana qarşı uzun illlər, 3 onilliklər boyu işğalçılıq və təcavüzkar siyasət yürüdərkən anlamalıydılar ki, bu siyasət onlar üçün yaxşı heç nə vəd etmir. Ümumiyyətlə, əgər erməni xalqı zamanında ağlını toplayaraq başları üzərindən asılmış domokl qılıncını qopararaq kənara atsaydılar, onlara məxsus olmayan torpaqlardan imtina etsəydilər, türkofobiya xislətlərindən uzaqlaşsaydılar, “dünyanın ən qədim milləti” tipli sərsəm xəyalları ilə bəşəriyyətin önündə getdiklərini paranoyik düşüncələri ilə və dəqiqəbaşı səsləndirməklə insanların zəhləsini aparmasaydılar və nəhayət, – Tanrının da “erməni olduğunu” iddia edərək axmaqcasına həyat yaşamasaydılar, bəlkə indi iynə ucu qədər də olsa çıxış yollarını tapmağı bacarardılar. Amma özlərinin də dedikləri kimi, çox gecdir və indi üzləşdikləri vəziyyətdə çabalamağa məhkumdurlar. Əslində isə bu, onlara verilən İlahi dərs, İlahi ədalətdir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə