İsveçin dövlət televiziyası SVT-nin sifarişi ilə keçirilən sorğuda İsveçdə ilk dəfə NATO-ya üzv olmaq istəyən vətəndaşların nisbətinin artdığı, ictimaiyyətin yüzdə 49-nun alyansa qoşulmasını dəstəklədiyi məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya-Ukrayna müharibəsindən əvvəl İsveçdə NATO üzvlüyünü dəstəkləyənlərin nisbəti cəmi 25 faiz olduğu halda, bu dəstək 218 ildir müharibə görməyən və neytrallığını qoruyub saxlayan ölkədə mühüm münasibət dəyişikliyi kimi şərh edilir. Bildirilir ki, “Rusiya qorxusu” İsveçdə NATO-ya üzv olmaq istəməyən vətəndaşların fikirlərini dəyişməsinə səbəb olub. Mövzu ilə bağlı bir qiymətləndirmə edən isveçli rəssam və akademik Anders Anqsvik ölkəsinin NATO-ya çox daha əvvəl üzv olması ilə bağlı fikirlərini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB