Ukraynada hərbi əməliyyatlar başlayan ilk gündən müəyyən addımlar atırıq. SİA-nın verdiyi məlumata görə bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, martın 5-i səhər saatlarından alınan məlumatlara görə, 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib. Onun sözlərinə görə, Prezident İlham Əliyev bu məsələ ilə bağlı tapşırıq verib: “Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən indiyədək çarter reysi ilə 1111 nəfər vətəndaşımız ölkəyə gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı da 150-i keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB