YAP Binəqədi rayon təşkilatında partiya üzvləri ilə görüş keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun təşkilatın Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi 10, Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 7-ci döngə, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi 5, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 75, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 1, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi 4 ünvanlı ərazi partiya təşkilatlarının üzvləri ilə görüşü keçirilib.
Görüşdə Biləcəri qəsəbəsi, Natəvan küçəsi 1 ünvanlı ərazi partiya təşkilatının sədri, 300 nömrəli tam orta məktəbin direktoru İradə Xəlilova, Biləcəri qəsəbəsi, X. Məlikaslanov küçəsi 10 ünvanlı ərazi partiya təşkilatının sədri, 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 7-ci döngə ərazi partiya təşkilatının sədri, 297 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Məzahir Əliyev, Biləcəri qəsəbəsi T.Yaqubov küçəsi, 5 ünvanlı ərazi partiya təşkilatının sədri, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, Biləcəri qəsəbəsi, A. Zeynallı küçəsi 75 ünvanlı ərazi partiya təşkilatının sədr müavini, 299 nömrəli tam orta məktəbin direktor müavini Elyanə Əliyeva, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi 4 ünvanlı ərazi partiya təşkilatının sədri, 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva və partiya üzvləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar 300 nömrəli tam orta məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Görüşü giriş sözü ilə açan İradə Xəlilova bütün qonaqları salamlayıb. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası ən güclü siyasi qüvvə olaraq, qısa müddətdə böyük rəğbət qazanaraq, əsl xalq partiyasına çevrilmişdir. Sədrlik etdiyi ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verib. Partiyanın və rayon təşkilatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatının daha da fəal və uğurlu fəaliyyəti istiqamətində səylə çalışdıqlarını nəzərə çatdırıb.
Nizami Novruzov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu Öndərin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub. O, sədrlik etdiyi ərazi partiya təşkilatının bundan sonra məqdsədyönlü fəaliyyət göstərəcəyinə və üzvlərlə sıx ünsiyyətin bundan sonra davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə yekun nitq ilə çıxış edən V.İsmayılov Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər haqqında geniş fikirlərini səsləndirib. O, Azərbaycanın əzəli torpaqlarının, məhz müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun həmrəyliyi, əzmi, gücü, hərbi üstünlüyü ilə işğaldan azad olunduğunu diqqətə çatdırıb. Ölkə rəhbərinin Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varis olduğunu bildirərək, Azərbaycanın sadəcə regionun deyil, eləcə də dünya ölkələri arasında vacib faktora çevrildiyini qeyd edib. V.İsmayılov həmçinin çıxışında partiyanın VII qurultayından ötən müddət ərzində həyata keçirilən islahatlar və tədbirlər barədə ətraflı məlumat verib. Partiyada aparılan islahatların və struktur dəyişikliklərinin gələcək inkişafa hədəfləndiyini söyləyib. Rayon təşkilatları qarşısında qoyulan tapşırıq və tövsiyələrdən bəhs edərək, ərazi partiya təşkilatlarının sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra ərazi partiya təşkilatları üzrə ən fəal partiya üzvləri rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub. Görüş 300 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə yekunlaşıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB