XİN Ukraynadakı vəziyyətlə bağlı yeni məlumat yaydı

XİN Ukraynadakı vəziyyətlə bağlı yeni məlumat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq olmalarını tövsiyə edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinsən SİA-ya verilən məlumatlara görə, vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür. Məlumat verildiyi kimi, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları Ukrayna ərazisini Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər. Vətəndaşlarımız, həmçinin Rumıniya ərazisindən tranzit olaraq Bolqarıstan Respublikası ərazisi vasitəsilə Türkiyə Respublikasına, oradan isə Azərbaycana səfər edə bilərlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə