Xocalı kimi faciələrin baş verməməsi üçün hamı çalışmalıdır - Britaniya səfiri
Xocalı kimi faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq uğrunda hamı çalışmalıdır.
SİA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.
"Azərbaycan Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfrans və sərgidə iştirak etdim. Faciənin günahsız qurbanlarını dərin hüznlə anırıq. Belə faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq uğrunda hamımız çalışmalıyıq", - deyə səfir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB