Bu gün YAP Səbail rayon təşkilatında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalıya ədalət” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Xocalı soyqırımı ilə bağlı video-rolik nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşə törətdiyi vəhşilikdən danışıb. Qeyd edib ki, Xocalı soyqırımında Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb: “Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz Xocalı faciəsini bütün dünyaya soyqırım aktı kimi tanıtdırmalıyıq. Dünya Xocalı soyqırımını tanımalıdır. Bu gün bu istiqamətdə dövlət tərəfindən işlər görülür. Həmçinin biz bir xalq olaraq, dövlət olaraq cənab Prezidentin ətrafında birləşməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB